28 yaşlı gənc özünü asdı - ASTARADA

Baxış sayı:
1534

Astara rayonunda intihar hadisəsi baş verib.

Hadisə Şiyəkəran kəndində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü kənd sakini Vüqar Rasim oğlu Məmmədovun kəndirdən asılı vəziyyətdə cansız bədəni həyətdəki tövlədə aşkar olunub.

V. Məmmədovun subay olduğu deyilir. Onun ölüm səbəbi hələlik məlum deyil.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir.