27 yaşlı oğlan damarlarını kəsdi – İNTİHARA CƏHD

Baxış sayı:
4414

Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.
"Report”un Şirvan bürosunun məlumatına görə, şəhərin Nizami küçəsi, 4a ünvanında yaşayan 1991-ci il təvəllüdlü yerli sakin İmaməli Hüseynov gecə saatlarında evdə özünə qəsd edib.
O, hələ ki, bilinməyən səbəbdən hər iki qolununun damarlarını iti alətlə kəsərək özünə ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.