​27 yaşlı gənc ÖZÜNÜ ASDI

Baxış sayı:
4017

Şabran rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Gəndob kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Seyidov Gündüz Vaqif oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. (trend)