​26 zorlanmış qızın cəsədi tapıldı

İtaliya prokurorluğu zorlanıb öldürülən 26 nigeriyalı qızın qətlini araşdırır. Onların cəsədləri Aralıq dənizindən tapılıb. Qızların əksəriyyəti yeniyetmə yaşında olub.
Muxalifət.az xəbər verir ki, polis qızların Aralıq dənizini keçmək istəyərkən öldürüldükləri qənaətindədir.
Qızların cəsədlərini İspaniyanın “Kantabriya” hərbi gəmisi cənubi Salernoya çatdırıb. Onlarla yanaşı, gəmidə 375 miqrant da olub.
Məlumata görə, 14-18 yaş arasında olan qızların cəsədləri 64 miqrantla birgə rezin qayıqda tapılıb.
Salernoya çatdırılan sağ qalan 375 miqrantların əksəriyyəti  Nigeriya, Seneqal, Hana, Qambiya və Sudandandır.