26 yaşlı məhkəmə işçisi vəfat etdi - BAKIDA

Xətai rayon Məhkəməsinin işçisi vəfat edib.
 
Məhkəmənin dəftərxana işçisi və kuryeri Şıxəlizadə Kəmranbəy İlham oğlu dünən axşam 20:00 radələrində dünyasını dəyişib.
Məhkəmədən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, 26 yaşlı K. Şıxəlizadə böyrək çatışmazlığından əziyyət çəkirmiş. Ona bir müddət əvvəl böyrək köçürülüb. Xəstəxanadan evə gəldikdən sonra isə dünən axşam saatlarında dünyasını dəyişib./bakipost