​26 min əhaliyə ŞAD XƏBƏR: Prezident 14,6 milyon manat ayırdı

Baxış sayı:
7771

Prezident İlham Əliyev Beyləqan rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (137 km)-Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,6 milyon (on dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyin bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.