2500 illik gəmi tapıldı: Heredot bu barədə yazmışdı

Baxış sayı:
532

Abu-Kir körfəzində qədim misirlilərin ticarət gəmisi aşkar edilib.
Muxalifet.az xəbər verir ki, yüz illər boyu tarixçilər belə bir gəminin mövcudluğuna şübhə ilə yanaşıblar.
Yerli sakinlərin “baris” adlandırdığı gəmi barədə eramızdan əvvəl V əsrdə Misirə səfər edən Heredotun “Tarix” əsərində məlumat var. Qədim yunan tarixçisi gəmini kifayət qədər ətraflı təsvir edib. Amma son dövrə qədər bunu təsdiq edən heç bir əşyayi-dəlil yox idi. Rusiyalı misirşünas Aleksandr Belov Heredotun haqlı olduğunu sübut etdi. O, müəyyən etdi ki, qədim gəminin 2500 il yaşı var və məhz əfsanəvi “baris”dir.
Yunanlar tərəfindən Heraklion kimi tanınan Tonis şəhəri 2700 il əvvəl salınıb və bir neçə yüz il Qədim Misirin ən iri liman və ticarət şəhəri olub. Amma sonradan dəniz yüksəlməyə başladı və VIII əsrin sonunda şəhər suların altında qaldı.
Bu gün Tonis şəhəri Abu-Kir körfəzinin dibində, sahildən 2.5 km aralı və 10 metr dərinlikdədir. XX əsrin sonlarında şəhərin qalıqları aşkar edilib və böyük hissəsi hələ də tədqiq edilməyib. Məlumdur ki, eramızdan əvvəl 450-ci ildə, şəhərin çiçəkləndiyi dövrdə məşhur Heredot bura səfər edib.
Tarixçi burada “baris” adlı, papirusdan yelkəni olan ticarət gəmisini təsvir edir. Gəminin inşası Heredotu çox təəccübləndirib. Bundan başqa Heredot yazır ki, gəminin idarəetmə sistemi də çox qeyri-adidir:
“Gəminin sadəcə bir sükanı var. Belə gəmilər çayyuxarı ancaq küləklə qalxa bilərlər. Onlar sahil yaxınlığında lövbər atırlar”.
Bundan sonra Heredot gəminin hərəkət mexanizmini də təsvir edir:
“Misirlilərdə belə gəmilər çoxdur. Onların bəzisinin yükgötürmə qabiliyyəti bir neçə min talantdır (talant ölçü vahididir və 1 talant 26 kq-dır).
Nil çayının dibində tapılan “baris”in isə eramızdan əvvəl 664-332-ci illərdə inşa edildiyi ehtimal edilir. Gəmi korpusunun 70 faizi salamat qalıb. Ümumi olaraq sahildə 60-dan çox gəmi qalığı aşkar edilib.