250 şagird hər an uçmaq təhlükəsi olan məktəbdə təhsil alır – UCAR SAKİNLƏRİ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ - Video / Fotolar

Baxış sayı:
6043

Ucar rayonu Qazyan kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər övladları təhsil alan məktəbin qəzalı vəziyyətdə olmasından narahatdır. Saytımız vasitəsilə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən sakinlər yazırlar:
“Bizim məktəbli uşaqlarımızın həyatları ciddi təhlükə altındadır. Şəhid Əziz Əliyev adına Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəb 1958-ci ildə inşa edilib. Vaxt vardı, məktəbdə 500 nəfərdən çox şagird oxuyurdu. Məktəb qəzalı vəziyyətdə olduğu üçün valideyinlər 250-dən çox şagirdi bu məktəbdən başqasına keçirməyə məcbur olublar.
Məktəbin sinif otaqlarının tavanı, döşəməsi tam yararsız vəziyyətdədir, divarları uçmaq üzrədir. Hətta məktəbdə bir neçə nəfər şagirdin ayağı aralı qalmış döşəmədən aşağı düşərək sınıb.
Qışda sinif otaqları soyuq, nəm, üfunət olur. Tavandan toz tökülür deyə uşaqlar dərsdən evə gələndə paltraları çirkab içində olur.
Məktəbin çöldən hasarlarını emusiya ilə rəngləib görüntü yaratmaq istəsələr də, qəzalı vəziyyətdə olduğu üçün səliqəyə düşmür.
Şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Hər an bu qəzalı məktəb uça bilər. Bilmirik nə edək, başqa məktəblərdə yer yoxdur, həm də evimizdən çox uzaqda yerləşir.
Bu barədə biz valideyinlər müvafiq orqanlara ərizə ilə müraciətlər etsək də, heç bir tədbir görülməmişdir. Bəlkədə Azərbaycan Respublikasında Qazyan kənd 2 nömrəli tam orta məktəbi kimi köhnə qəzalı vəziyyətdə olan məktəb yoxdur.
Biz valideyinlər mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik qəzalı vəziyyətdə olmasını nəzərə alıb, Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəbinə yeni bina  inşa edilməsinə köməklik göstərəsiniz”.
Qeyd edək ki, məktuba Ucar rayonunun aşağıda adları qeyd olunan Qazyan kənd sakinləri imza atıb:
1.Mehdiyev Nemət Əlisa oğlu  əlaqə telfonu;
2.Rəhimov Surxay İsmayıl oğlu
3.Abbasov Rəsul Məmməd oğlu
4.Abbasov Bəxtiyar Məmməd oğlu
5.Şirəliyev Ramin Zakir oğlu
6.Əliyev Teymur Ələsgər oğlu
7.Əliyev Nərman Ələsgər oğlu
8.Əliyev Tarif Əlövsət oğlu
9.Əliyev Elnur Həmdulla oğlu
10.Əliyev Elşən Həmdulla oğlu
11.Rəhimov Qəhrəman İsmayıl oğlu
12.Hacıyev Miri Mirismayıl oğlu
13.Hacıyev Seyidəli Mirismayıl oğlu
14.Sadıqov Samir İsrayıl oğlu
15.Sadıqov Teymur İsrayıl oğlu
16.Sadıqov Vüsal İsrayıl oğlu
17.Məmmədov Süleyman Tapdıq oğlu
18.Şirəyilev Niyaz Sabir oğlu
19.Mehdiyev Kamil Yaqub oğlu
20.Rəhimov Abdulla Adil oğlu
21.Əmraslanov Əhəd Ağamusa oğlu
22.Cəbrayılov Məhəmməd Hüseyn oğlu
23.Kərimov Asif Ələkbər oğlu
24.Kərimov Tahir Ələkbər oğlu
25.Kərimov Ağahüseyn Ağamirzə oğlu
26.Kərimov Əli Əlbala oğlu
27.Xəlilov Xalid Əlihüseyn oğlu
28.Əliyev Xanlar Ələsgər oğlu
29.Əliyev İsrafil Əziz oğlu
30.Əliyev Asif Ağasəlim oğlu

Muxalifet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.