25 yaşlı oğlan özünü asdı – Göyçayda

Baxış sayı:
3203

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Rayonun Veysəlli kənd sakini, 1995-ci il təvəllüdlü Rüstəmov Səddar Fazil oğlu Kürdəmiş kəndində yaşayan dostu, 1975-ci il təvəllüdlü Rüzgar Mikayılovun həyətyanı sahəsində özünü kəndirlə asaraq öldürüb. Onun intihardan öncə “Haqqınızı halal edin, mən getdim” sözləri yazılan məktubu tapılıb.

Onun hansı səbəbdən özünə qəsd etməsinin səbəbi məlum deyil.