25 yaşlı gənc damarını kəsdi – İNTİHARA CƏHD

Hadisə ötən gün gecə saatlarında Əlisoltanlı kəndində qeydə alınıb
 
Saatlıda intihara cəhd hadisəsi baş verib.
Hadisə ötən gün gecə saatlarında rayonun Əlisoltanlı kəndində qeydə alınıb.
Kənddə fin evlərində məskunlaşmış məcburi köçkün, 25 yaşlı Saleh Həsənov üzərində gəzdirdiyi bıçaqla sol biləyini kəsərək özünü intihar etmək istəyib. Yaxınlarının vaxtında müdaxiləsi nəticəsində yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.