2,5 kiloqram tiryək və heroin TUTULDU

O, narkotik vasitələri satmaq istəyən zaman tutulub
 
Yardımlı sakinindən tiryək və heroin götürülüb.
Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı qəsəbə sakini, 40 yaşlı Ağayev Ziyəddin Yaşar oğlu saxlanılıb.
Narkotik vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Ağayev 2 kq-dan artıq çəkidə narkotik maddə olan tiryək və 250 qr çəkidə heroini satmaq istəyərkən əməliyyatçılar tərəfindən iş başında yaxalanıb.
O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni satmaq məqsədilə İran vətəndaşından aldığını bildirib.
Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.