​25 ildir məcburi köçkün olduqlarını sübut edə bilmirlər – VİDEO

Baxış sayı:
4960

Məcburi köçkünlərin məskunlaşdığı Buzovna qəsəbəsindəki "Xəzər" sanatoriyasında bir neçə həftə öncə köç baş verib.
Buradakı köçkünlər Kürdəxanı ərazisində tikilən yeni mənzillərinə gediblər.
İndi ilk baxışdan tərk edilmiş kimi görünən binalarda cəmi 3-4 ailə qalıb.
Qurbanlı və Vəliyevlər ailələlərinin əşyaları toplanıb yükləri hazırlansa da, arzusunda olduqları yenə evə köçə bilməyiblər.
Səbəb isə sənədlərində problemin yaranmasıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi deyir ki, bu ailələrin məcburi köçkün statusu olmadığı üçün onlara ev verilməyib.
"Ailələr Dövlət Komitəsinə müraciət edə bilərlər. Əgər məcburi köçkün olduğu təsdiqlənərsə, onun müraciətinə müvafiq qaydada baxıla bilər", qurum deyir.