​2.5 il ölmüş anasıyla yaşadı

Ekspertiza qadının öz əcəli ilə dünyasını dəyişdiyini açıqlayıb

Almaniyada 51 yaşlı bir nəfər 2.5 il ölmüş anasıyla eyni evdə yaşayıb.

Muxalifet.az-ın məlumatına görə, hadisə Münsterland əyalətinin Qronau şəhərində baş verib.
 
Bildirilir ki, şəxsiyyəti açıqlanmayan kişinin anası 2012-ci ilin milad bayramında vəfat edibmiş.
 
Ətrafda yaşayanların şübhələnərək xəbər verməsi ilə axtarış aparan polislər evdə qadının cəsədi ilə qarşılaşıblar.
 
Ekspertiza qadının öz əcəli ilə dünyasını dəyişdiyini açıqlayıb.
 
Bu qədər müddət anası ilə yaşayan kişi isə xəstəxanaya yatırılıb.