25 bölgədə dəhşətli sel fəlakəti: onlarla ölü və yaralı var

Baxış sayı:
1051

İranda 8 maydan etibarən başlayan şiddətli yağışlar və yaratdığı sel nəticəsində insan tələfatı böyüməyə davam edir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb.
Bu barədə İran Təcili Yardım Qurumunun mətbuat katibi Müctəba Xalidi danışıb. Mətbuat katibi bildirib ki, ölənlərdən ikisi sel sularında həlak olub. 18 nəfəri isə ildırım vurub.
Qeyd edək ki, İranın 25 əyalətində 17 martda başlayan sel fəlakəti nəticəsində 78 nəfər ölmüşdü. Ölkəyə 7 milyard 619 milyon dollar zərər dəymişdi.