24 yaşlı gənc oğlan metronun yanında bıçaqlandı
21-07-2017 08:43
Hadisə mübahisə zəminində baş verib
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Memar Əcəmi metrostasiyası yaxınlığındakı parkda 24 yaşlı İsmayılov Məhəmməd Zaur oğlu mübahisə zamanı ayaq nahiyəsindən bir neçə bıçaq xəsarətləri alıb.
O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.