24 yaşında bir gecədə 3,8 milyard dollarlıq sərvət qazandı - MARAQLI

Baxış sayı:
484

Honq Konglu bir ailə ABŞ-da Pensilvaniya Universitetindən yeni məzun olan 24 yaşlı oğullarına hədiyyə olaraq şirkətlərinin 3,88 milyard dollarlıq hissəsini verib. Gənc oğlan beləliklə dünyanın ən zəngin 550 adamından biri olub.
Şirkətin etdiyi açıqlamada səhmlərin beşdə birinin  Erik Tse adlı gəncə təhvil verildiyi bildirilib. 
Ailəsinin ən az beş şirkətinin idarə heyətində direktor kimi çalışan və ildə 500 min dollar maaşı olan Erik Tse məzun olduğu universitetin jurnalındakı müsahibəsində " Ailəm və böyüklərim məndəki potensialı gördü və heç bir qarşılıq gözləmədən mənə bu sərvəti hədiyyə etdi" deyib. //Moderator