23 yaşlı qız sənədini və paltarlarını götürüb evdən qaçdı - BAKIDA

Bakıda 23 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
 
Xətai rayonu Zeytun küçəsində yaşayan Nəzakət Əliyeva (adlar şərtidir) müraciətində bildirib ki, 4 gün əvvəl qızı Əliyeva Nərmin Əlimusa qızı şəxsiyyət vəsiqəsini və paltarlarını götürərək evdən qaçıb.
 Şikayətçi qadın qızının yerinin müəyyən edilərək tapılması üçün polisdən kömək istəyib.
 Araşdırma aparılır./lent.az