​23 yaşlı qız küçədə bıçaqlandı – TANIMADIĞI ŞƏXS TƏRƏFİNDƏN

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Belə ki, axşam saatlarında Maştağa qəsəbəsindəki küçələrdən birində Pərvanə adlı 23 yaşlı qadın tanımadığı şəxs tərəfindən bir neçə bıçaq xəsarəti alıb.
O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.