23 yaşında ölən oğlanın orqanları xəstələrə köçürüləcək – VƏSİYYƏT EDİB

Baxış sayı:
4279

Türkiyədə 23 yaşında vəfat edən gəncin orqanları ehtiyacı olan xəstələrə köçürüləcək.

Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, Bursanın Yenişehir qəsəbəsində baş ağrıları diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ahmet Çavdarın beyninə qan sızdığı üzçə çıxıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gənc oğlan xəstəxanada olarkən valideynlərinə ölərsə, orqanlrının bağışlanmasını vəsiyyət edib.

Valideynləri xəstəxanaya müraciət edərək beyin ölümü gerçəkləşən kimi orqanların götürülməsini xahiş edib.

Qeyd edək ki, bir çox ölkələrdə orqan bağışlanması qanuniləşdirilib.