​22 yaşlı qız intihara cəhd etdi - GÖYÇAYDA

Göyçay rayonunda intihara cəhd olub.
Hadisə Göyçay şəhəri Əli Kərim küçəsindəki 38 saylı evdə qeydə alınıb.
Şəhər sakini, 1994-cü il təvəllüdlü Əyyubova Əsli Coşqun qızı sirkə turşusu içərək intihara cəhd edib.
Ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılan Əsli Əyyubova reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır(apa).