​214 milyonluq stadion belə partladıldı – VİDEO

ABŞ-ın Atlanta şəhərində “Geordia Dome” stadionunun qübbəsi 2 ton partladıcı vasitəsilə partladılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, partlayışı izləmək üçün yüzlərlə insan toplaşıb.
Stadion 1992-ci ildə Amerika milli futbol liqasında çıxış edən “Atlanta Felkons” klubu üçün tikilib. Layihənin dəyəri 214 milyon dollar təşkil edib. Artıq köhnəldiyi üçün klub stadionu ləğv etmək qərarı verib.
“Atlanta Felkons” klubu bundan sonra oyunlarını tikintisi 1.6 milyard dollara başa gələn yeni stadionda keçirəcək.