21 yaşlı gənc ürəyindən vuruldu – BAKIDA QƏTL

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib.
Belə ki, 21 yaşlı Xəyal Məmmədov Zabrat qəsəbəsində naməlum şəxslə mübahisə edib.
Dava nəticəsində onun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.