2036-ci ildə başımıza “ölüm daşı” düşəcək - VİDEO

Alimlər: “Aprelin 13-də 04.35-də 18 milyon tonluq Apofis asteroidi Yer kürəsi ilə toqquşacaq”
Alimlər həyəcan təbili çalır. Onların fikrincə, dünyanın sonuna çox az qalıb. Ölümcül asteroid Yer üzündəki həyatı siləcək.
Muxalifət.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, 18 milyon ton çəkisi olan qayalar, buz və tozdan ibarət Apofis Yer üzünə 2029 və 2036 illər arasında yaxınlaşaçaq. Asteroidin Yerlə toqquşmasını analiz edən NASA qorxunc fəlakətlə bağlı xəbərdarlıq edib.
"ÖLüm daşı”nın Yerə düşməsi trotil ekvivalentlə 880 meqatona bərabərdir. Tunqus meteoru 10-40 meqaton, Xirosimaya atılan nüvə bombası isə 13-18 meqaton idi.
Hətta Yer üzü həmin anda tam məhv olmasa da, sunami və miqyaslı dağıntılar həyatı tamamən siləcək.
Amma NASA mütəxəssisləri Apofisin Yerlə toqquşaçağı fikri ilə razı deyillər. Rusiyalı alimlərsə NASA-nın arxayın olmasıyla razılaşmır.
Nikolayevsk Astronomik Rəsədxanasının əməkdaşı Feliks Buşuyev belə dəhşətli faktlarla risk etməyi doğru saymır. O, fikirlərini riyazi hesablamalarla əsaslandırır.
Onun hesablamalarına görə, aprelin 13-də ölüm asteroidi Yer kürəsindən 32 min kilometr aralıdan keçəçək. Əgər , öz trayektoriyasından çıxsa, o zaman dünyamızdan 30 min 404 kilometr aralıya düşəcək. Bu isə onun qravitasiya “açarı”nin üzərinə düşəcək.
Bu zaman Yerin cazibə qüvvəsi Apofisi təhlükəli səmtə istiqamətləndirəcək və belədə Yer kürəsi hədəf olacaq. Bu səbəbdən də 2036-cı il aprelin 13-də asteroid Ayın orbitindən keçəcək, təxminən 37 km/saat sürətlə hərəkət etməyə başlayacaq və nəticədə planetimiz məhv olacaq.