2019-cu ilin sosial monitorinqi - İLİN SOSİAL MƏMURU, İLİN SAXTA MÜHARİBƏ VETERANI VƏ...

Baxış sayı:
3442

Qarabağ qaziləri Muxalifet.az-ı İLİN SAYTI olmağa namizəd seçdilər Yeni 2020-ci ilin 15 günlük ayrıcındayıq. Artıq köhnə ili necə yola verdiyimizdən söz açmaq olar. Bu yolasalmanı, ya yolaverməni ilin sosial monitorinqi də adlandırmaq olar. 2019-cu ili bütövlükdə sosial qalxınma ili kimi dəyərləndirmək olar. Özəlliklə əlillərin, müharibə veteranlarının müavinətlərinin, təqaüdlərinin, pensiyalarının əhəmiyyətli dərəcədə artırılması aztəminatlı kateqoriyadan olan insanların yaşam şəraitini xeyli yaxşılaşdırıb. Təkcə onu demək yetər ki, ortalıq 60 manat civarında aylıq müavinətə göz dikən 1-ci dərəcəli sosial müavinətçi əlillərin müavinətləri aprel ayından 150 manata qaldırıldı və üstəlik, əlilin özünə 100 manatlıq, ona qulluq edənə 50 manatlıq Prezident təqaüdünün verilməsi təmin olundu! Bu hesabla 1-ci dərəcəli sosial müavinətçi əlil və sağlamlıq imkanları məhdud uşaq toplam 300 manat dövlət qayğısı ilə əhatə olunub. Bu isə əvvəlki təminatdan 5 dəfə artıqdır. Hansı ki, buna qədər 1-ci dərəcəli əlilə qulluğa görə əlilin pensiyasına “əlavə olunan” 11 manatlıq müavinət, ümumiyyətlə , əlavə olunmurdu. Hazırda 9 aydır ortalama 5 dəfə artırılaraq 50 manatlıq Prezident təqaüdü kimi əlilə qulluq edənə ödənilir. Eləcə də Qarabağ savaşı veteranlarına əmək pensiyaçısı olan andan dayandırılan kommunal xidmətlərə görə aylıq sosial müavinət 80 manatlıq aylıq Prezident təqaüdü ilə əvəz olunub. ODUR Kİ, İLİN ƏN YADDA QALAN SOSİAL OLAYI ƏLİLLƏRİN, VETERANLARIN PUL TƏMİNATININ ORTALIQ 5 DƏFƏ ARTIRILMASI OLDU! Onu da vurğulayaq ki, Prezidentin 26 dekabr 2001-ci il tarixli, 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının 1-ci bəndi ilə Qarabağ əlillərinin pensiyalarına əlavə olunan 26 manatlıq aylıq əlavə yenə də yada düşmədi və dəyişməz olaraq qalır! Bu səbəbdən İLİN DƏYİŞMƏZ VƏ UNUDULAN SOSİAL OLAYI QARABAĞ ƏLİLLƏRİNİN 26 MANATLIQ AYLIQ MÜAVİNƏTİNİN ÜMUMİYYƏTLƏ ÖDƏNİLMƏMƏSİDİR! İlin sosial monitorinqi İLİN SOSİAL DÖVLƏT QURUMU adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN) layiq görüb. Müharibə əlillərinin, şəhid ailələrinin mənzil-məişət problemlərinin çözülməsində göstərdiyi çabalar, bu sahədəki şəffaflıq önəmli rol oynayıb. İlin sonuna kimi, demək olar, hər gün əlil və şəhid ailələrinə dövlət fərdi ev, yaxud mənzillər bağışlayır. Belə getsə, “ev planı” üzümüzə gələn ildə tam “dolacaq”. İlin SOSİAL MƏMURU adına ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri HİMALAY MƏMİŞOV qazanıb. Elektron müraciətlərə anında reaksiya verib, özü çağırıb sosial müdafiəyə ehtiyacı olanları dinləməsi və problemin çözülməsini şəxsi nəzarətinə götürməsi, sosial müdafiə sahəsində neqativ hallara son qoyması, onun ödülləndirilməsinə nədən olub. Onu da vurğulayaq ki, ilin ANTİSOSİAL MƏMURU adını da ƏƏSMN – DSMF sistemində çalışanlardan bir neçəsi “haqq etsə” də, bayram ovqatını korlamamaq adına ad çəkməkdən vaz keçirik. Qısaca deyək ki, elektron əlillik təyinatı, Səhiyyə Nazirliyinin rəyi əsasında Respublikadan qıraqda əlillərin müalicələrinin təşkili olduqca bərbad durumdadır. İLİN SOSİAL MİLLƏT VƏKİLİ adına, hər il olduğu kimi, QƏNİRƏ xanım PAŞAYEVA və VALEH ƏLƏSGƏROV seçildilər. İLİN SOSİAL MEDİA QURUMUnu seçməkdə əlillər başçıları müharibə veteranları , qaçqın-köçkün olan “Hürriyyət” , “Müxalifət”, “Tərəf” , “Millətin səsi” , “Sözçü” , “Manevr”... arasında manevr etmək zorunda qaldılar və hələ də seçim edə bilməyiblər. İLİN ƏN SAXTA “ETİRAFI”nı isə CÜMŞÜD NURİYEV etdi: Heç demə, deputat həm də “müharibə veteranı” imiş... Məğrur BƏDƏLSOY