​2018-də yeni müharibə ocaqları... - POLİTOLOQ

Baxış sayı:
685

Səudiyyə Ərəbistanı və İran arasında olan məzhəb məsələsindən istifadə edərək ABŞ Yaxın Şərq layihəsini həyata keçirmək üçün əlindən gələni edəcək.
Muxalifət.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, ərəb dövlətlərindən heç biri öz maraqlarından geri çəkilmək niyyətində deyil:
“İranın Qüds məsələsində İsrail və ABŞ qarşısında itirəcəyi heç nə yoxdur. Çünki İran bu ölkələrlə heç bir diplomatik əlaqələrə sahib deyil. Ona görə də İran Qüds məsələsində çox canfəşanlıq edir. Onun əsas marağı HƏMAS-a yeni silahlar verməkdir”.
Politoloq qeyd edib ki, ərəb dünyasında baş verən proseslərin gedişi növbəti il üçün nikbinliyə əsas vermir:
“Səudiyyə Ərəbistanı və İran arasında olan konflikt daim davam edib və edəcək. Çünki bu iki dövlət arasında məzhəb, yəni ideoloji-siyasi ixtilaf var. 2018-ci ildə əsas proqnoz ondan ibarətdir ki, ərəb dünyasında müharibələr davam edəcək, İŞİD və digər qruplaşmalar yalnız adlarını dəyişəcəklər, mahiyyət isə qalacaq”.