​2018-ci ilin payızında elastik smartfon satışa buraxılacaq - VİDEO

“Samsung” şirkətinin mobil bölməsinin prezidenti Concin Ko (Koh Dong-jin), yeni  iPhone modellərinin təqdimatı mərasimində gözlənilmədən “Assoşieyted Press” agentliyinə Koreya şirkətinin gələn il ilə bağlı planlarından danışıb. Hurriyyet.org xəbər verir ki, Vəd edilən yeniliklər arasında – açılıb-qatlana bilən elastik smartfon da var. Concin Konun sözlərinə görə, şirkət “Galaxy Note” seriyasından olan növbəti smartfonun ekranını qatlana biləcək şəkildə istehsal edəcək. Adətən yeni məhsullar yayın sonu – payızın əvvəllərində istehsal edilir.
Lakin Ko onu da deyib ki, hələlik mühəndislərin qarşısında bir sıra həll edilməmiş məsələlər var. Bu problemlər uğrula həll edilərsə, qatlanan “Note” həqiqətən də 2018-ci ildə dükanlarda olacaq. Əks təqdirdə bu yeniliyi bir müddət də təxirə salacaqlar. “Samsung” qatlanan displeyi hələ 2013-cü ildə nümayiş etdirmişdi, lakin indiyə qədər bu yeniliyin istifadə rahatlığına zərər vurmayacaq şəkildə tətbiqi məsələsi həll olunmayıb.