“2018-ci ildə 90 milyon manat vəsait səmərəsiz xərclənib” - Ziyad Səmədzadə

Baxış sayı:
12928

Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.

Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib:

“Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub”.