​2018-ci il təyyarə qəzalarındakı — ÖLÜM STATİSTİKASI

Baxış sayı:
5572

Artıq 2018-ci il geridə qaldı.
Muxalifet.az xəbər verir ki, ötən il baş verən təyyarə qəzaları üzərində aparılan araşdırma nəticəsində 500-dən çox insanın həlak olduğu məlum olub. 2017-ci ilin rəqəmləri ilə müqayisədə bir artış olduğu üzə çıxıb.
Aviasiya Təhlükəsizlik Şəbəkəsinin məlumatlarına əsasən, 2017-ci ildə 10 ölümcül təyyarə qəzası meydana gəlib və 79 nəfər həlak olub. Bu rəqəmlər 2017-ci ili aviasiya tarixinin ən təhlükəsiz ilinə çevirmişdi. 
2018-ci ildəki rəqəmlərə əsasən, hər 3 milyon uçuşdan biri ölümcül təyyarə qəzasına səbəb olub. Bu il ərzində 500 nəfərdən çox insan dünyasını dəyişib. Bununla belə, geridə buraxdığımız il tarixdəki ən təhlükəsiz üçüncü il yerinə layiq görülüb. 
Son 20 ildə texnologiyanın və təhlükəsizlik tədbirlərinin inkişafı təyyarə qəzalarında insan ölümlərinin sayını azaldıb. Məsələn, 2005-ci ildə baş verən təyyarə qəzalarında 1015 nəfər həlak olub.