​2018 atom müharibəsi riski yaradan ölkələrin ili olacaq -“Le Figaro”

Baxış sayı:
3736

“İrandakı daxili çaxnaşma Yaxın Şərqi atom silahlanması üzrə təhlükəli yarışın içinə soxa bilər”

Bu il “Nüvə silahının yayılmasının qarşısının alınması” (NSYQA) haqqında müqavilənin 50 illiyi qeyd olunacaq. Bu saziş Hindistan, Pakistan və İsrail istisna olmaqla dünyanın bütün ölkələri tərəfindən imzalanmışdı.
Lakin sonradan sazişi imzalayan dövlətlər də onu tərk etməyə başladılar.
Bunların başında isə heç şübhəsiz Şimali Koreya gəlir. Pxenyanı isə Tehran təqib edə bilər.
ABŞ prezidenti Corc Buş 2002-ci ilin yanvarında “Ölkədəki vəziyyət haqqında” hesabat xarakterli çıxışı zamanı Şimali Koreyanı “Şər oxu”na daxil olan dövlət adlandırdı. (Digərləri İran, İraq və Suriya idi -red.). Bundan heç bir il keçməmiş KXDR rəsmi oaraq NSYQA-dan çıxdı. 2018-ci ilin gəlişi münasibətilə Kim Çen In təbrik nitqi zamanı Şimali Koreyanın ABŞ kimi qitələrarası raketə malik nüvə dövlətinə çevrildiyini təntənə ilə bəyan etdi. Lakin o bununla bərabər Cənubi Koreyaya çağırış edərək ölkə idmançılarının qış olimpiadasında iştirakı üçün çağırışını dilə gətirdi. Rəsmi Seul buna dərhal müsbət cavab verdi.
“Öz müttəfiqinin əhval-ruhiyyəsini görən ABŞ prezidenti Donald Tramp çətin ki indiki məqamda Şimali Koreyanı atom dövləti statusundan məhrum etmək məqsədilə ona qarşı preventiv müharibəni həyata keçirsin”, - Fransanın “Le Figaro” qəzetindən Reno Jirar yazır.
“Beləliklə, Pxenyan və Vaşinqton arasında diplomatik savaşın indiki mərhələsində Şimali Koreya qalib çıxıb. Bu nüvə silahının yayılmaması ilə bağlı olduqca pis xəbərdir”, - müəllif belə düşünür.
Buşun “şər oxu”nun digər ucu, İran da 2002-ci ildə gizli də olsa özünün hərbi atom proqramını yenidən bərpa etdi. İran bu proqramdan 2015-ci ilin iyulun 14-də BMT Təhlükəszilik Şurasının 5 üzvü və Almaniya ilə imzalanan sazişdən sonra vaz keçdi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın öz öhdəliklərinə sadiq qaldığı barədə hər il məruzə edir.
Lakin bu dəfə də, 2017-ci ildə, başqa bir ABŞ prezidenti, Donald Tramp onu Amerika tarixi ərzində ən bərbad saziş adlandıraraq, bütün dünyanı anlaşmadan çıxacağı ilə hədələyir”, - Jirar qeyd edir.
Müəllifin sözlərinə görə, bundan sonra İranda iki mümkün ssenaridən danışmaq olar.
“Dinc və ən yaxşı variantda İslam respublikasının başında duranlar bu günlərdə ayağa qalxan nümayişçilərin narazılıq etdiyi səbəbləri nəzərə alaraq, ölkəni liberal istiqamətdə yönləndirməyə çalışacaqlar. Lakin bu ssenari həm də İran hakimiyyətinin xarici ekspedisiyalarını məhdudlaşdıraraq, dövlət pullarının öz vətəndaşlarının gündəlik tələbatlarına uyğun xərcləməli olması anlamına gələcək.
Əgər İran bölgəsəl güc olma iddiasında vaz keçsə atom sazişinin də gələcəyinin parlaq olacağını düşünmək olardı. Lakin İranın ali dini rəhbəri 2018-ci ilin yanvar ayının 2-də etirazçıları Səudiyyə Ərəbistanı tərəfindən pulla ələ alınan və manipulyasiya edilən düşmənlər adlandırdı”, - məqalədə qeyd olunur.
“Bu isə daha qaranlıq ssenarini önə çıxarır”, - müəllif ən bədbin proqnozlarını bildirir:
“Buna görə etiraz hərəkatı “Pasdaran” (İslam inqilabının keşikçiləri korpusu) tərəfindən sərt şəkildə yatırılacaq və ölkə daha avtoritar və dini rejimə doğru götürüləcək. Əgr bu baş versə Trampa İranla imzalanan nüvə sazişindən çıxmağa heç kim əngəl ola bilməz. ABŞ-ın ölkədəki rejimi devirməyə yönəlik çağırışlarında özü üçün təhdid hiss edən Tehran rəhbərliyi isə uranın zənginləşdirilməsi proqaramını yenidən başladaraq Yaxın Şərqi atom silahlanması üzrə olduqca təhlükəli bir yarışın içinə soxacaq”,- müəllif yazır./musavat.com/