​2017-də ən çox qazananlar – SİYAHIYA CEF BEZOS RƏHBƏRLİK EDİR

Baxış sayı:
3572

“Forbes” jurnalı 2017-ci ildə sərvətini ən çox artıran şəxslərin reytinqini tərtib edib.
Reytinqə “Amazon” şirkətinin rəhbəri Cef Bezos rəhbərlik edib. Onun aktivləri il ərzində 33,8 milyard dollar artaraq, 98,6 milyard dollara çatıb. İkinci yerdə isə “Everqrande” şirkətinin sahibi Syu Tszyain qərarlaşıb. Onun sərvəti gözlənilmədən 27,4 milyard dollar artaraq, 36,5 milyard dollara çatıb.
İlk üçlüyü “Luis Vuitton”un rəhbəri Bernar Arno tamamlayıb. Cari ildə onun sərvəti 23,6 milyard artıb və 40,3 milyard dollar olub.
Feysbukun rəhbəri Mark Zukerberq isə dördüncü yerdə qərarlaşıb. O, bu il sərvətini 23,6 milyar dollar artıraraq, 72 milyarda çatdırıb. Ondan sonrakı yerlərdə “Tencent” şirkətinin sahibi Ma Xuatena, hindistanlı mediamaqnat Mukeş Ambani, meksikalı biznesmen Karlos Slim qərarlaşıblar(axar.az).