​2017-ci ilin ən yaxşı smartfonları

“Tech Radar” portalının ekspertləri 2017-ci ilin ən yaxşı 15 smartfonunun siyahısını tərtib edib.
Muxalifet.az-ın trend-ə istinadla məlumatına görə, siyahıya “Samsung Galaxy S8” smartfonu başçılıq edir.
İlk üçlüyə həmçinin “Samsung Galaxy S8 Plus” və “Google Pixel 2” daxil ola bilib. “Apple” şirkətinin smartfonları yalnız 4 və 8-ci yerdə qərarlaşa biliblər. Bunlar müvafiq olaraq “iPhone X” və “iPhone 8 Plus”-dır.
İlk onluqda həmçinin, “Huawei Mate 10 Pro”, “Samsung Galaxy Note 8”,“LG V30”, “LG G6” и “OnePlus 5T” smartfonları yer alıb.