​2017-ci il ən isti il ola bilər - Müşahidə

Baxış sayı:
2849

2017-ci il müşahidələrin aparıldığı dövrdən bu yana ən isti il kimi qəbul oluna bilər. İlkin məlumatlara əsasən, karbon qazının atmosferə atılması həcmi əvvəlki üç ildə dəyişməz qalsa da, 2017-ci ildə 2 faiz artıb.
Muxalifet.az xəbər verir ki, müşahidələr son 5 il ərzində Yer kürəsində orta temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,1 dərəcə yüksəldiyini göstərib.
2017-ci ildə Karib dənizindən İrlandiyayadək bütün ərazilər qasırğaların təsirinə məruz qalıb. Hindistan, Banqladeş və Nepalda daşqınlar səbəbindən 1200 nəfərdən çox insan həyatını itirib. Quraqlıq Şərqi Afrika və ABŞ-ın qərbində ciddi fəsadlarla nəticələnib. Avropanın cənubunda isə güclü quraqlıq meşə yanğınları və su çatışmazlığına səbəb olub.
Uzunmüddətli müşahidələr dövrü ərzində Avropada, əsasən də uzaq şimalda 2017-ci il daha isti keçib. Dənizin buz örtüyü xeyli azalıb. Dekabr Avropada da ən isti ay kimi yadda qalıb, qitənin cənub-şərqində temperatur orta göstəricidən yüksək olub.