"2015-ci ildə imzalanan müqaviləni yerinə yetirmək lazımdır" - MAKRONDAN İRANA MESAJ

Baxış sayı:
4369

Prioritet məsələmiz İranla ABŞ arasındakı gərginliyin azalmasıdır.

Bunu Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla görüşü barədə danışarkən deyib.

Makron Trampla qlobal iqlim məsələsi və İranı müzakirə etdiklərini söyləyib: "Avropa ölkələri İranın nüvə silahına sahib olmasını istəmir. İran müqaviləni tərk etməməlidir. Görəcəyimiz iş sanksiya tətbiq etmək deyil, 2015-ci ildə imzalanan müqaviləni yerinə gətirməkdir. Buna paralel olaraq yeni müqavilə imzalamaq üçün yeni dialoq qurmaq lazımdır".