20 yaşlı gənc özünü asdı - FOTO

Daha bir intihar hadisəsi Yeni Yasamalda baş verib
 
Bakıda daha bir intihar hadisəsi olub. 20-21 yaşlarında gənc Yeni Yasamaldakı 286 saylı məktəbin həyətindəki yarımçıq tikilidən özünü asıb. İlkin versiya belədir. Hadisənin dünən axşam, yaxud bu gün səhərə yaxın baş verdiyi bildirilir. Hələlik adı açıqlanmayan gəncin Qəbələ rayonundan olduğu deyilir.
Rəsmi qurumlar da hələlik bu barədə açıqlama yaymayıb.
azadliq.info