20 yaşlı gənc avtomobillə vurulub - BAKIDA

Cavid Musayev 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib
 
Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib.
Belə ki, minik avtomobili yolu keçmək istəyən 20 yaşlı Cavid Musayevi vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.