​20 yaşlı gəlin özünü asdı - MASALLIDA İNTİHAR

Baxış sayı:
5857

Masallı rayonunda 20 yaşlı gəlin intihar edib.
Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən rayonun Kübün kəndində baş verib. 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı özünü asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qeyd edək ki, Nəzərova Aytən bir uşaq anası idi.