​20 Yanvar günü dərs və iş olacaqmı? - AÇIQLAMA

Baxış sayı:
954

20 Yanvar günü məktəblilər dərsə gedəcəklər.
Bu sözləri Axar.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Ümumxalq Hüzn Gününün qeyri-dərs günü olub-olmaması ilə bağlı suallara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu cür özəl günlərdə dərslərin olub-olmamasına Təhsil Nazirliyi qərar vermir:
 “Nazirlər Kabinetinin bununla bağlı qərarı olmalıdır. Hələlik heç bir qərar olmadığına görə ötən illərdən fərqli olaraq, şənbə günləri dərs saatı olan şagirdlər məktəbə gedəcəklər”.
Məsələ ilə bağlı Nazirlər Kabinetindən bildirilib ki, hələ ki 20 Yanvar günü iş və dərslərin olub-olmaması müəyyən edilməyib. Hansısa qərar qəbul edilsə, ictimaiyyətə açıqlama veriləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü də daxil olmaqla, 8 Mart– Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15, 16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.