20 Yanvar faciəsi – TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ! /Eksklüziv VİDEO

Sabah qanlı 20 Yanvar hadisəsinin növbəti ildönümüdür.
Düz 30 il öncə Kreml başçılarının göstərişi ilə rus tankları (yanvarın 19-dan 20-nə keçən gecə) Bakını qana boyamışdı. Düşmən bununla xalqımızın azadlıq əzmini qırmağa çalışsa da, Azərbaycanın qəhrəman oğul və qızları əliyalın rus tankının qabağına çıxaraq, öz həyatları bahasına dövlətimizin müstəqilliyini əbədiyyətə qovuşdurdu.
Üzərindən 30 il ötsə də, xalıqımız bu günü unutmur və tariximizin ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ olaraq hər zaman yad edir. İnanırıq ki, min illər keçsə də, Azərbaycan övladlarının bu qəhrəmanlıq səlnaməsi daima böyük fərəh hissi ilə xatırlanacaqdır.
Muxalifet.az-ın təqdim etdiyi bu qısa film də 20 Yanvar şəhidlərimizin qəhrəmanlığından bəhs edir və onların heç vaxt unudulmayacağının bariz nümunəsidir. Bu filmi hazırlayanlara dərin təşəkkürümüzü bildirərək, həmin görüntüləri dəyərli oxucularımızla bölüşürük. Buyurun, izləyin.