20 gün əvvəl ata olmuşdu, dünən şəhid oldu... - FOTO

Baxış sayı:
2653

Türkiyə daha bir şəhid verib.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə Mardin vilayətinin Nusaybin rayonunda PKK-nın hücumu zamanı 1 əsgəri həlak olub, 4 əsgər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və bölgədə əməliyyat başlayıb.
Qeyd edək ki, şəhid Məhəmməd Ata Qaratlı adlı çavuşdur. Ailəlidir və 20 gün öncə ata olub.