2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi faktı TÜRKİYƏ MEDİASINDA

İyulun 4-də Füzulinin Alxanlı kəndinin dinc sakinlərinin Ermənistan ordusu tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra və nənəsinin həlak olması faktı Türkiyə mediasının da gündəmindədir. Belə ki, bu gün qardaş ölkənin nüfuzlu “sondakika.com” (https://m.sondakika.com/haber/haber-azerbaycan-da-zehra-bebek-icin-sosya...) və “m.arti49.com” (http://m.arti49.com/azerbaycanda-zehra-bebek-icin-sosyal-medyada-kampany...)saytları bu mövzuya geniş yer ayırıb. Ayrıca olaraq “DHA” agentliyi də Zəhranın öldürülməsi ilə bağlı xəbərlər paylaşıb.
Bu gün sözügedən KİV-lərdə “Azərbaycanda Zəhra bəbək üçün sosial mediada kampaniya balaşdıldı” sərlövhəli yazı dərc olunub. Həmin yazının tərcüməsini olduğu kimi qeyd edirik:
“Azərbaycan-Ermənistan təmas xəttində erməni silahlılarının dinc sakinləri hədəfə almaqla həyata keçirdiyi bombardman nəticəsində ölən 2 yaşlı Zəhra bəbək üçün “Twitter”də “#JusticeforZehra” (Zəhra üçün ədalət) sərlövhəli kampanya başladıldı.
Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri 82 və 120 millimetrlik mərmilərlə atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və nənəsi həlak olmuşdur.
 
"BÜTÜN DÜNYA BU OLAYA SƏSSİZ QALIR”
 
Azərbaycanın Yeniçag.Az internet saytının rəhbəri Aqil Ələsgər dünya ictimaiyyətinin bu olaya səssiz qaldığını deyərək, "Bu olaylar Birləşmiş Millətlər Təşkilatı və Cenevrə Konvensiyasında qəbul edilən beynəlxalq hüququn ayaqlar altına alınmasıdır. Dünyanın sanki gözü qapanmış, qulağı kardır. Xocalı qətliamı nəticəsində, Qarabağ savaşı zamanında qətl edilən Türk uşaqlardan biri də Zəhra oldu. Erməni terrorunu dünyaya çatdırmaq üçün biz azərbaycanlı jurnalistlər olaraq bütün dünyanı dəstəyə çağırırıq. Eyni zamanda Türk qardaşlarımızdan sosial mediada Zəhra ilə əlaqədar paylaşımlarda aktiv olmalarını istəyirik. Türkiyə və Azərbaycanın birliyi və qardaşlığı terroru yox etməyə yetərlidir” – açıqlama verib.
 
“TÜRKİYƏ HƏR ZAMAN YANIMIZDA OLDU”
 

Türkiyənin qardaş ölkə Azərbaycanının hər zaman yanında olduğunu ifadə edən Ələsgər, “Bir millət, iki dövlət” anlayışının iki ölkə arasında qardaşlıq bağlarının bir simvolu olduğunu vurğuladı. Azərbaycanda Yeniçag.Az qəzeti və internet saytı olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün 24 saat durmadan çalışdıqlarını bildirən Ələsgər, açıqlamasında aparılan kampanya çərçivəsində istifadə oluna biləcək ingiliscə yazılan etiketlər haqda da məlumat verdi. Həmin etiketlərdən bəziləri belədir: #ChildKillerArmenia (Çocuk katili Ermenistan), #StopArmenianOccupation (Ermeni İşgali Dursun), #StopArmenianAggression (Ermeni Saldırganlığı Dursun), #StopArmenianTerrorism (Ermeni Terörü Dursun).
Azərbaycan İslahatçı Gənclər Birliyinin başqanı Fərid Şahbazlı isə 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsinin Ermənistan rəhbərliyinin terrorçu kimliyini ortaya qoyduğunu ifadə etdi. Şahbazlı sözlərinə belə davam etdi:
"25 ıl öncə Xocalıda uşaq, qadın, yaşlı bilmədən soyqrımı gerçəkləşdirən Ermənistan və uşaq qatili adını qazanmış prezident Sarkisyan bu gün də özünün eyni əməllərini davam etdirərək, dinc əhalini hədəf seçməyi məqbul bilir” – dedi.
 
Muxalifet.az

Redaksiyadan: Muxalifet.az saytının kollektivi adından Azərbaycanın ağır günlərində hər zaman ölkəmizin və xalqımızın yanında olan, ağrı-acılarımızı bizimlə birgə yaşayan qardaş Türkiyə mediasının nümayəndələrinə təşəkkür edirik. İnanırıq ki, onların bu duyarlılığı və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətlərində yerlı mediamıza verdiyi dəstək nəticəsində tezliklə Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla, onun hakim komandasının bütün üzvlərinin uşaq qatili olduğunu duymayan qalmayacaqdır!