2 “VAZ” avtomobil toqquşub: ölənlər və xəsarət alanlar var

Ağcabədidə 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Ağcabədi şəhərində qeydə alınıb.
“VAZ 2107” və “VAZ 21011” markalı maşınların toqquşması nəticəsində 46 yaşlı Əsgərova Mətanət Sabir qızı və 28 yaşlı Xəqani Əliyevin hadisə yerində öldüyü bildirilir.
Qəza nəticəsində xəsarət alan iki nəfər Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib./apa