2 uşaq anası itkin düşdü - ŞƏMKİRDƏ/FOTO

Baxış sayı:
289

Şəmkirdə 2 uşaq anası, 25 yaşlı qadın itkin düşüb.
Bu barədə məlumatı xanımın ailə üzvləri paylaşıb. Belə ki, Şəmkirin Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 oktyabr tarixində saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
O evdən çıxarkən əynində qara şalvar, yasəmən rəngli köynək olub. G.Tanrıverdiyeva ailəlidir, 2 övladı var. O, psixoloji xəstəliyi ilə əlaqədar olaraq Bakıda müalicə alır.
Faktla bağlı Şəmkir Rayon Polis İdarəsinə məlumat verilib.
Xanımı görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur.
+994513094929, +994504508062, +994507211194, +994505018701.