2 təyyarə dolusu qızıl Venesuelaya göndərildi

Baxış sayı:
5176

Venesuelada baş verən hakimiyyət böhranı davam edərkən Rus mətbuatı maraqlı bir iddia ortaya atıb.
 
 Rus qəzeti "Novaya qazeta" tərəfindən ortaya atılan iddiaya görə, Rusiyaya məxsus Boeing 757 tipli iki sərnişin təyyarəsi əvvəlcə Dubaya, sonra isə Venesuelanın paytaxtı Karakasa böyük miqdarda nağd pulla eniş edib. Xəbərdə, Dubaya enən qızıl yüklü Rus təyyarələrinin Birləşmiş Ərəb Əmirliyi Mərkəz Bankına bağlı zirehli maşınlar və bir qrup səlahiyyətli tərəfindən qarşılandığı və sonra təyyarələrə böyük miqdarda nağd pul yükləndiyi irəli sürülüb.
 
RUSİYADA SAXLAILIRDI
 
 İddiaları irəli sürən “Novaya qazeta” bu qızılların Rusiya Federasiyası Mərkəzi Bankında saxlanan Venesuela qızılları olduğunu yazıb.
Xəbərdə, həmçinin təyyarənin Dubaydan qalxması, Venesuelanın dövlət başçısı Nikola Maduronun "Ölkəyə bir milyard avro ayırıram" açıqlamasının sinxron olduğunu və təsadüf olmadığı bildirilib.
Qəzet Venesueladan Rusiyaya qızıl aparmaq təşəbbüslərinin Venesuela parlamentində də müzakirə edildiyini xatırladıb.
Müxalifət.az