2-si sinif şagirdi faciəvi şəkildə öldü

Baxış sayı: 110

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.
 İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
 Faktla bağlı araşdırma aparılır.