​2 rayonda qaz olmayacaq - SƏBƏB

Baxış sayı:
88

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.
"Azəriqaz” İB-dən Muxalifet.az-a verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.
Bu gün həmçinin saat 10:00-dan 18:00-dək Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.