2 ölkə arasında müharibəyə səbəb olacaqdılar! Yaxalandılar

Baxış sayı:
7267

 Pakistan 14 fevralda 44 Hind əsgərinin öldürülməsindən Hindistanın məsul tutduğu silahlı qrupa qarşı əməliyyat keçirdiyini və aralarında Mufti Abul Raoof  ilə oğlu Həməd Azharın olduğu cəmi 44 şəxsin həbs olunduğunu bildirib.
 
Pakistanın daxili işlər naziri Şəhriyar Afridi bu əməliyyat keçirlidiyini və Mufti Abdul Raoof  ilə oğlu Həməd Azharın də içərilərində olduğu 44 kritik şəxsinhəbs olunduğunu təsdiq edib.
Qeyd edək ki, Cammu Kəşmirin Pulvama şəhərində təşkil olunan hücumu Ceyş-i Məhəmməd qrupu etmişdi. Mufti Abdul Raoof bu qrupun yaradıcısı kimi tanınır.
 
ETDİKLƏRİ HÜCUM AZ QALSIN MÜHARİBƏNİ BAŞLADACAQDI
 
Qeyd edək ki, 14 fevralda keçirilən bombalı hücumda 44 Hind əsgəri həyatını itirmiş, Hindistan bu təcavüzdən Pakistanı məsul tutmuşdu. Pakistan isə bütün bu iddiaları rədd etmişdi.
Sonra Hind təyyarələri Pakistanın hava məkanını pozaraq Pakistan ərazilərini vurmuş, Pakistan isə qarşılıq olaraq Hind təyyarələrini vuraraq salmış və bir təyyarə pilotunu əsir almışdı.
Bu vəziyyət nüvə gücünə sahib iki ölkə arasında gərgin günlər baş verməsinə və qarşılıqlı təhdid dolu açıqlamaların edilməsinə səbəb olmuşdu.
Müxalifət.az