2 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

Baxış sayı:
3153

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vasif Cabbarovn cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən posesdə hökm oxunub.
Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib. V.Cabbarov məhkəmə zalənda həbs olunub. 
Qeyd edək ki, hadisə ötən il iyunun 17-də gecə saat 4:00 radələrində avtomobil yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü V.Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Bundan əlavə sürücü, V.Cabbarov, Ə.Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daha sonra V.Cabbarov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb./unikal