2 mərhələli PLAN: TƏCAVÜZ BAŞLAYIR

100 döyüş təyyarəsi ilə tarixinin ən böyük hava təlimini keçirən İsrail, Livana şok bir hücuma hazırlaşır.
 
İsrailin hədəfində Livan torpaqlarının 65 faizinin işğalı vardır. ABŞ-ın da içində olduğu plan məqsədinə çatsa, baş nazirlikdən istefa edən Saad Haririnin ölkəyə "dövlət başçısı" kimi qayıdacağı bildirilir.
İsrailin bütün dünyada səfirliklərini Livanla bağlı beynəlxalq ictimai fikiri hazırlamaq həmləsindən və ölkə tarixindəki ən böyük hava təlim keçirməsindən sonra Livanın cənubundakı Hizbullahın əsas güc mərkəzlərinə şok hücum hazırlığında olduğu bildirilir. İsrailin Livana hücumuna paralel olaraq, ABŞ rəhbərliyi ilə yaradılan körfəz ölkələrindən ibarət ittifaqın Yəmən və Qətərə də əməliyyat hazırlığında olduğu bildirilir. Hazırlanan plan çərçivəsində İsrail Livana hücum edərkən, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının da Qətərdə stabilliyi pozacaq addımlar atacağı bildirilir. ABŞ-ın rəhbərliyi ilə hazırlanan plana görə, Körfəzdən İraq və Suriyaya uzanan xətt boyunca məzhəb münaqişələri başladılacaq və bir çox ölkədə ərazi baxımından xəritə dəyişikliyi baş verəcək. İranın isə bu təcavüzə Bəhreyn üzərindən cavab verəcəyi güman edilir.
 
Plan 2 MƏRHƏLƏDƏN İBARƏTDİR
 
Ər-Riyadda başlayan hərəkətliliyin ən çox təsir etdiyi ölkə olan Livanda baş nazir Saad Hariri vəzifəsindən istefa edib. "Həyatımı hədəf alan bir plan olduğu üçün istefa verdim” deyən Hariri, bundan sonra Səudiyyə Ərəbistanı və BƏƏ-nə səfər edib və Hizbullah ilə İrana yönəlik ittihamlarla çıxış edib. İsrailin Livan sərhədi boyunca başlatdığı təlim hücum öncəsi son hazırlıq mərhələsi kimi qiymətləndirilir.
 
 LİVAN İŞĞAL EDİLƏCƏK
 
 İsrail Ordusunin hava və qurudan intensiv raket hücumları ilə başlayacaq hücum zamanı sərhəddə yerləşən Nakura, Dahiyə və Celubiyyə bölgəsinə qədər ərazilər işğal ediləcək. İsrail tərəfindən hazırlanan işğal xəritəsinə görə, Livanın 65 faiz ərazisinə qədər müdaxilə olunacaq və Hizbullaha aid məntəqələr ələ keçiriləcək. Paralel olaraq, Səudiyyə Ərəbistanının dəstəklədiyi mülki qruplar Şiə məntəqələrinə hücum edəcək və daxili qarşıdurma mühiti yaradacaqlar. Hizbullah İsraillə və içəridə başlayan üsyanla boğuşmaq məcburiyyətində qoyulacaq. Londonda yaşayan Orta Şərq mütəxəssisi Məhəmməd Maşarganın da gəldiyi qənaət bundan ibarətdir ki,, ABD-İsrail-BƏƏ-Səudiyyə Ərəbistanı ittifaqı tərəfindən aparılan birgə planının uğurlu olacağı təqdirdə Saad Haririnin Livana dövlət başçısı kimi qayıdacaq.
 
 İRAN BƏHREYNDƏ CAVAB VERƏCƏK
 
İsrail və BƏƏ ittifaqının təcavüzünə qarşı İranın Bəhreyn içindəki Şiələri hərəkətə gətirərək cavab verəcəyi ehtimal edilir. İranın eyni zamanda, Yəməndə də müxalif qüvvələrə dəstəyini artıraraq, Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinə cavab verəcəyi bildirilir.
Müxalifət.az