​2 mindən çox evə ilk dəfə su veriləcək

Baxış sayı:
7132

Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.
“Azərsu” ASC-dən verilən məlumata görə, ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 km- dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su veriləcək.
Qeyd edək ki, hazırda “Azərsu” ASC Xəzər rayonunun 8 qəsəbəsində 35 minədək abonentə xidmət göstərir.