2 MİLYONLUQ TENDERİN QALİBİ BƏLLİ OLDU - Səhiyyə Nazirliyini tibbi avadanlıqlarla UNDP təchiz edəcək

Baxış sayı:
1014

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi ölkənin səhiyyə sisteminin təchizatının gücləndirilməsi məqsədilə elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında qeyd olunur ki, tenderin qalibi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramıdır (UNDP).

Qalib təşkilata 2 milyon manat ödəniləcək.